Şəmkirdə gənclərin mübahisəsi faciə ilə bitib.
Xezerxeber.az xəbər verir ki, hadisə ötən gecə rayonun Kür qəsəbəsində qeydə alınıb. Bıçaq xəsarəti alan 19 yaşlı gəncin həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, rayonun Səməd Vuğun qəsəbəsində yaşayan Ramal Quliyev Kür qəsəbəsində kafedə işləyib. İnsidentdə iştirak edən tərəflərlə tanışlığı da məhz bu zaman yaranıb. Hadisənin sevgi münasibətləri zəmnində törədildiyi bildirilir.Qətlə yetirilən 19 yaşlı Ramal Quliyevin, hadisəni törətməkdə şübhəli bilinən yeniyetmənin bacısı ilə sevgi münasibətinin olduğu bildirilir. Yeniyetmə gecə saatlarında mərhum Ramal Quliyevə zəng edərək evlərinə çağırıb.
Yaxınlarının sözlərinə görə mərhum daha əvvəl nə həmin şəxslər, nə də başqa kimsə münaqişə yaşayıb.
Hadisə ilə bağlı Şəmkir rayon prokurorluğu tərəfindən aparılan araşdırma zamanı Ramal Quliyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən rayonun Kür qəsəbəsi ərazisində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi başlanıb. İbtidai istintaq davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.