AZ

Xırdalan yenidən suyun içindəVİDEO

Yağıntının miqdarının çox olması kanalizasiya sularını daşırdı, küçələrə su doldu..

Xezerxeber.az xəbər verir ki, bura Abşeron rayonu Xırdalan şəhəridir. Yağışdan  Ən çox  təsirlənən ərazi  şəhərin  həsən bəy zərdabi küçəsi, 26-cı məhəllədir. Sakinlərin sözlərinə görə, suyun səviyyəsi o qədər yüksəlib ki, evdən çölə çıxmaq çətinləşib.

Bildirilir ki, ərazidə bəzi evlərin rəsmi sənədləri olmasa da, burada mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcuddur. Yaranan problem avadanlıqlara da təsir edib.

Abşeron Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirilib ki, aidiyyəti qurumların rayon üzrə rəhbər şəxsləri su basmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olublar. Eyni zamanda fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə maraqlanıblar. Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində işə salınıb.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

Seçilən
39
1
xezerxeber.az

2Mənbələr