GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Yaponiyanın paytaxtı Tokio illərdir güclü yağış və tayfunlara baxmayaraq daşqın riskini minimuma endirməyi bacarır.
Globalinfo.az xəbər verir ki, bunun əsas səbəbi isə şəhərin altında yerləşən nəhəng drenaj infrastrukturu – “G-Cans” sistemidir.
Bu sistem yerin dərinliyində yerləşir və 5 beton şaxtadan ibarətdir. Şaxtalar 6,4 kilometrlik tunellərlə birləşdirilib.
Qeyd olunur ki, yağış suları bu tunellər vasitəsilə toplanaraq xüsusi rezervuarlara ötürülür. Sistem saniyədə 200 ton suyu yönləndirmək gücünə malikdir. Daxildə yerləşən 59 nəhəng sütun isə bu qurğunu “yeraltı məbəd” kimi məşhurlaşdırıb.
Nəticədə Tokio kimi meqapolislərdə belə daşqınlar zamanı insan itkisi və ciddi dağıntılar minimuma enir.
Maraqlıdır ki, son günlər Bakıda müşahidə olunan intensiv yağıntılar isə fərqli mənzərə ortaya qoydu. Qısa müddətdə yağan yağış nəticəsində küçələr və tunellər su ilə dolub, nəqliyyatın hərəkəti iflic olub. Bəzi ərazilərdə yaşayış evlərini obyektləri su basıb.
Bu isə Yaponiyada istifadə olunan sistemin ölkəmizdə də tətbiq olunmasını gündəmə gətirir.
Həmin sistemin videosunu təqdim edirik:
View this post on Instagram
A post shared by Tolga Taşçı (@realtolgatasci)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.