AZ

“Kəpəz” uduzdu, “Neftçi”dən qələbə – YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Əvvəlcə “Kəpəz” Yevlaxda “Qəbələ”ni sınağa çəkib. Görüş Qəbələ təmsilçisinin qələbəsilə başa çatıb – 2:0. Hazırda Gəncə klubu 21 xalla 10-cu, Qəbələ təmsilçisi isə 19xalla 11-ci pillədə qərarlaşıb. 

Günün ikinci görüşündə isə “Sumqayıt” öz meydanında “Neftçi”ni qəbul edib. Matç paytaxt klububun qalibiyyətilə yekunlaşıb – 3:1. Hazırda paytaxt klubu turnir cədvəlində 40 xalla beşinci, “gənclik şəhəri”nin təmsilçisi isə 32 xalla yeddinci  yeri tutur. 

5 aprel (bazar)

15:30. “Kəpəz” – “Qəbələ” 0:2

Qol: İsmael Akinade, 74, Domi Massumo, 90
Yevlax şəhər stadionu
Yevlax şəhər stadionu

18:00. “Sumqayıt” – “Neftçi” 1:3

Qol: Freddi Varqas, 36-pen (0:1); Nikola Ninkoviç, 53 (1:1), İfeanyi Metyu, 65 (1:2), Vensan Abubakar, 89 (1:3)
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Seçilən
23
idmanxeber.az

1Mənbələr