AZ

“Amerikalı pilotların xilas edilməsi İsraillə sıx əməkdaşlığın göstəricisidir”

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müdafiə naziri İsrael Katz İsrailin ABŞ pilotlarının xilasetmə əməliyyatında iştirakını dolayı yolla təsdiq edib.

Redaktor.az-ın “The Times of Israel”ə istinadla verdiyi xəbərə görə, müdafiə naziri İsrael Katz bildirib ki, pilotların xilas edilməsi ən mürəkkəb şəraitdə belə yaxın əməkdaşlığın nümunəsidir.

Qeyd edək ki, İsrail xilasetmə əməliyyatlarında iştirakını təsdiqləməyib. Bəzi hərbi rəsmilər İsrailin ABŞ-yə sadəcə kəşfiyyat dəstəyi verdiyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
3
redaktor.az

4Mənbələr