AZ

Baku Open turnirinin rəsmi açılışı olub

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün “Şüa İdman Kompleksi”ndə Stolüstü tennisçilərin “Baku Open” turnirinin açılış mərasimi olub. Dövlət himni səsləndirildikdən sonra ulu öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçıları salamlayan Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam, İdman səfiri Vəfa Musayeva və ASTF-nin Veteranlar Şurasının sədri Firudin Hüseynov yarışın əhəmiyyətini yüksək qiymətləndirərək idmançılara uğurlar arzulayıblar. 

Qeyd edək ki, Beynəlxalq Stolüstü Tennis Federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya İdman Paytaxtı” seçilməsinə həsr olunan yarışda əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərirlər. Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 aprel tarixlərində keçiriləcək yarışın mükafat fondu 3000 manatdır.

Qabil YUSİFOĞLUXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
xalqqazeti.az

10Mənbələr