AZ

Macarıstan ordusu Türk Axını nın öz ərazisindən keçən hissəsini mühafizə edəcək

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

"Türk Axını" qaz kəmərinin Serbiyadan Slovakiyaya qədər uzanan hissəsi Macarıstan ordusu tərəfindən mühafizə altına alınacaq.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Petro Siyarto bildirib.

O əlavə edib ki, Macarıstan, Rusiya, Serbiya və Türkiyə boru kəmərinin qorunması üçün qəti tədbirlər görmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Serbiyadan Macarıstana gedən qaz kəmərinin yaxınlığında partlayıcı tapılıb. Bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç Macarıstan Baş naziri Viktor Orbana məlumat verib. Orban Serbiyada qaz kəmərinin yaxınlığında partlayıcının aşkarlanması ilə bağlı təcili olaraq Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
1
apa.az

2Mənbələr