O, gənc ulduzun ''10 nömrə''ni geyməyə layiq olub-olmaması haqda suala belə cavab verib:
''Əlbəttə ki, layiqdi. İndidən dünyanın ən yaxşı oyunçularından biridi. Düzdü, yaşı çox gəncdi. Amma meydanda inanılmaz şeylər edir. Fikrimcə, ''Barsa''da ''10 nömrə'' etibarlı əllərdədi. ''Barselona''nı hər zaman təqib edirəm. Onlar Avropanın ən güclü klublarından biri olmaqda davam edirlər. İnanıram ki, önəmli uğurlar qazanmaqda davam edəcəklər. Hazırda Mayamidəyəm. Lionel Messi ilə görüşüb-görüşməyəcəyimi bilmirəm. Onun işləri çox olur. Hər gün məşqi olur. Ancaq hər dəfə onunla görüşmək fürsəti əldə edəndə böyük məmnunluq duyuram. Messi hələ də dünyanın ən yaxşısıdı. İnanıram ki, dünya çempionatına yaxşı formada qatılacaq və meydanda yenə möcüzəvi şeylər sərgiləyəcək''.
Yamal bu mövsüm güclü rəqiblərə qarşı oyunlarda fərqlənə bilməsə də, ümumilikdə 41 rəsmi oyunda aktivinə 21 qol, 16 məhsuldar ötürmə yazıb.