İran Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti ABŞ-ı Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.
O bildirib ki, “bu gün Müqavimət Cəbhəsinin vahid komandanlıq mərkəzi Bab əl-Məndəb boğazını Hörmüz boğazını gördüyü kimi görür”.
Vilayətinin sözlərinə görə, əgər Ağ Ev öz səhvlərini təkrarlasa, tezliklə başa düşəcək ki, qlobal enerji və ticarət axını bir hərəkətlə dayandırıla bilər.
"Cebheinfo.az"