AZ

"Mançester Siti" İngiltərə Kubokunda rekord müəyyənləşdirdi

"Mançester Siti"nin İngiltərə Kubokunun 1/4 finalında "Liverpul" üzərində qazandığı 4:0 hesablı qələbə klubun turnirdə ev oyunlarında ardıcıl 18-ci qələbəsi kimi tarixə düşüb.

Oxu.Az ESPN-ə istinadən xəbər verir ki, bu nəticə "Mançester Siti"yə təxminən 150 il davam edən rekordu yeniləmək imkanı verib.

Belə ki, daha əvvəl 1873-cü ilin dekabrından 1881-ci ilin fevralınadək "Klephem Rovers" 17 ev kubok oyununda qələbə qazanmışdı. Həmin klub Birinci Dünya müharibəsinin başlanmasından sonra - 1914-cü ildə fəaliyyətini dayandırıb.

"Liverpul" üzərindəki qələbə "Mançester Siti"nin turnirin yarımfinalında ardıcıl səkkizinci dəfə iştirakını da təmin edib. Bununla da komanda ötən mövsüm müəyyən etdiyi yeddi oyunluq şəxsi rekordunu yeniləyib. "Mançester Siti" 2018-ci ildə "Uiqan"a məğlub olaraq turnirlə vidalaşandan bəri İngiltərə Kubokunda səfər oyunlarında məğlubiyyətlə üzləşməyib.

Əgər komanda cari mövsümdə daha bir qələbə qazansa, tarixdə İngiltərə Kubokunun finalına ardıcıl dörd dəfə yüksələn ilk klub olacaq.

"Cebheinfo.az"

Seçilən
5
2
cebheinfo.az

3Mənbələr