AZ

Kapello İtaliya futbolunun əsas problemini nədə görür?

Tanınmış italiyalı mütəxəssis Fabio Kapello bu ölkənin yığma komandasının yaşadığı uğursuzluq barədə yeni açıqlamalar verib.

Xatırladaq ki, dördqat dünya çempionu statusunda olan İtaliya Bosniya və Herseqovinaya oyunsonrası penaltilər seriyasında uduzmaqla ardıcıl 3-cü dəfə mundialdan kənar qaldı. 79 yaşlı çalışdırıcı bunları deyib:

''Səhvlərə yol verməsəydik, Bosniyanı məğlub edə bilərdik. Hətta komandaların sayı artırıldıqdan sonra da dünya çempionatına vəsiqə qazana bilmiriksə, deməli bizim çox ciddi problemlərimiz var. Son nəticə göstərdi ki, biz artıq yeni yollar axtarmalıyıq. Ciddi səhvlərə yol verildi və bunun nəticəsini çox ağır şəkildə ödədik. Seçmə mərhələni ardıcıl 3 dəfə keçə bilmirsənsə, deməli bizim futbol sağalmayan xəstəliyə yoluxub. Əsas problem nədədi? Texnikada. Bu yığma komanda İtaliya çempionatının aynasıdı. Bizim çempionatda futbolçular qaçmaq əvəzinə gəzişir. Amma digər çempionatlarda futbolçular çox qaçır, oyun ərzində dəfələrlə sprint edirlər. Bir futbolçu bir oyunda çox qaçmalı olursa və o, buna alışmayıbsa, səhvlərə yol verməyə başlayır. Yaxşı texnikaya malik olmaq eyni zamanda sənə daha tez düşünməyə, rəqibdən tez qərarlar qəbul etməyə, topu daha tez hərəkət etdirməyə imkan verir. İtaliyada biz bunların hamısını orta tempdə edirik. Bu temp beynəlxalq səviyyəyə uyğun gəlmir''.
Seçilən
32
1
football-plus.az

2Mənbələr