AZ

Luçesku süni komaya salındı

Məşhur rumın mütəxəssis Mirça Luçeskunun səhhəti ilə bağlı son durum bəlli olub.

Publika.az AS nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis reanimasiya şöbəsinə köçürülüb, onun müalicəyə reaksiya vermədiyi bildirilir.

Rumıniya Futbol Federasiyasının direktoru Mihay Stoykitsa Mirça Luçeskunun komaya salındığını açıqlayıb.

Həkimlər Mihayı Luçeskunu otağında bir neçə dəqiqəlik ziyarət etməyə icazə veriblər. Direktor xəstəxanadan məyus halda çıxıb.

“Sizə heç bir xəbər verə bilmərəm: beş dəqiqə onun yanında oldum. Heç nəyə reaksiya vermir. Ümid edək, Allah qoysa, yaxşı olacaq. Danışa bilmir; süni komadadır. Ona baxdım və bu qədər. Daha heç nə deyə bilmərəm, çünki yəqin ki, pis bir şey deyəcəyəm”, – Mihay deyib.

Seçilən
18
28
publika.az

10Mənbələr