AZ

Samuxda piyadanı avtomobil vuraraq öldürüb

Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki hərəkətdə olan "Opel" markalı minik maşını yolu keçmək istəyən 1974-cü il təvəllüdlü Ə.Ələsgərovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, həkimlərin tibbi yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
9
7
far.az

10Mənbələr