
Sabunçu rayonu Maştağa qəsəbəsi, Rövşən Salmanov küçəsində qəzalı, istismara yararsız təxliyə xətti aşkara çıxarılaraq təmir olunduqdan sonra 18 metrlik hissə bərpa edilib.
Bu barədə ADSEA-dan (Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi) məlumat verilib. Qeyd edilib ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansında olmayan xəttin bərpası Sabunçu rayon Sukanal İdarəsinin əməkdaşları tərəfindən operativ şəkildə aparılıb.
Görülən işlər nəticəsində əraziyə yığılan yağış sularının nasos vasitəsilə həmin xətlə kənarlaşdırılacağı vurğulanıb. Bu addım qəsəbə ərazisində yağıntılar zamanı yarana biləcək subasma hallarının qarşısını almaq məqsədi daşıyır.
Xatırladaq ki, sözügedən 18 metrlik hissənin yenidən qurulması ərazidəki hidrotexniki sistemin səmərəliliyini artıracaq.