Şəmkirdə baş verən qətlin təfərrüatı məlum olub.
Far.Az APA-ya istinadən bildirir ki, qətlə yetirilən 19 yaşlı Ramal Quliyev hadisəni törədən 2010-cu il təvəllüdlü F.Paşazadənin bacısını sevirmiş.
F.Paşazadə gecə saatlarında R.Quliyevə zəng edərək evlərinə çağırıb.
Bu zaman tərəflər arasında mübahisə düşüb. Mübahisə zamanı 16 yaşlı F.Paşazadə 19 yaşlı Ramal Quliyevə 3 bıçaq zərbəsi vurub.
R.Quliyev hadisə yerində həyatını itirib.
***10:06
Şəmkirdə qətlə hadisə baş verib.
Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki rayon sakini 2007-ci il təvəllüdlü R.Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb.
Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F. Paşazadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.