AZ

Gəncədə cüdo üzrə Avropa Kuboku turniri yüksək səviyyədə təşkil olunub

Aprelin 4-5 - də Gəncə şəhərində yeniyetmələr arasında Avropa kuboku yarışları keçirilmişdir. Beynəlxalq turnirdə 10 ölkədən 180 oğlan və 89 qız olmaqla, ümumilikdə 269 cüdoçu 16 çəki dərəcəsində medallar uğrunda mübarizə aparımışdır. Azərbaycan yarışda 127 idmançı (92 oğlan 35 qız) ilə təmsil olunmuş və uğurlu nəticələr əldə etmişdir. 

Avropa kubokunda ölkəmizlə yanaşı Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Portuqaliya,Tacikistan,Türkiyə və Amerika Birləşmiş Ştatları cüdoçuları iştirak ediblər. 

Qeyd edək ki, mötəbər yarışlarda həm idmançılar, həm də yerli və xarici qonaqların təhlükəsizliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Hərbiləşdirilmiş Mühafizə İdarəsi" Məhdud Məhsuliyətli Cəmiyətinin əməkdaşları tərəfindən yüksək səviyyədə təşkil olunmuş, bununla əlaqədar Avropa Cüdo İttifaqının (EJU) idman komissarı Albert Qmayner, habelə əcnəbi indmançılar və qonaqlar  təşəkürlərini bildirmişlər.

Rizvan CƏFƏROV,

"Azərbaycan"

Seçilən
63
azerbaijan-news.az

1Mənbələr