AZ

Kapello İtaliya millisinin “xəstəliyi”ndən danışdı

Fabio Kapello İtaliya millisinin Dünya Kubokuna vəsiqə qazana bilməməsi ilə bağlı fikirlərini bildirib.

Publika.az xəbər verir ki, Kapello bu barədə yerli mətbuata danışıb.

– Milli komandanın uğursuzluğunu necə izah edərdiniz?

– Əgər səhv etməsəydik, Bosniya ilə matçda qalib gələ bilərdik. Amma iştirakçıların sayı artırılandan sonra da Dünya Kubokuna vəsiqə qazana bilmiriksə, bu, çətin vəziyyətdə olduğumuz deməkdir.

Səhvlər edildiyini və bunun bədəlini ödədiyimizi anladıq, çünki fərqli bir şey etməli, fərqli bir yol tapmalıyıq. Ardıcıl üç dəfə belə olması xəstəliyin sağalmaması deməkdir.

Seçilən
37
publika.az

1Mənbələr