AZ

Azər Bağırov: “Müsbət qığılcımlar var”

ain.az, futbolpress-az saytına istinadən bildirir.

“Kəpəz”in baş məşqçisi Azər Bağırov klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis komandanın hazırlığını dəyərləndirib:

“Fasilə inşallah, komandamızın xeyrinə olar. Həm fiziki, həm taktiki, həm psixoloji amillərə hazırlaşmışıq. Düşünürəm ki, bu iki həftədə zədəsiz hazırlaşmışıq. Oyunlar necə hazırlaşdığımızı göstərəcək. Əsas nəticədir. Şükürlər olsun, bazada hər şərait var. Böyük komandalarda necə struktur işi varsa, bu da həminkilərdəndir. Yerdə qalan məsələlər zamanladır”.

Bağırov nəticələr və Misli Premyer Liqasında növbəti turlar haqda fikirlərini bölüşüb:

“Olduğumuz yerdə ailə ruhu qurmaq istəyirik. Çalışırıq, komandada yaxşı əhval yaradaq. Bugünkü gündə nəticələrimizin səbəblərindən biri də yaxşı kollektiv formalaşdırmağımızdır. Müsbət qığılcımlar var.

Hər oyuna fərdi hazırlaşırıq. Futbolçular dünən yox, sabah haqda düşünürlər. Hərəsinini özünün təhlili, yanaşması bizim üçün önəmlidir və onlar da bunu dərk edir”.

“Kəpəz” bu gün “Qəbələ” ilə qarşılaşacaq. Matça saat 15:30-da start veriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
83
futbolpress.az

1Mənbələr