AZ

Macarıstana gedən qaz kəmərində terror cəhdi

Serbiya Prezidenti Aleksandr Vuçiç Macarıstanın Baş naziri Viktor Orbanla keçirdiyi təcili telefon danışığı zamanı iki ölkəni birləşdirən strateji qaz kəmərinə qarşı planlaşdırılan terror aktının qarşısının alındığını bəyan edib. Serbiyanın dövlət başçısı bu barədə özünün “Facebook” hesabında məlumat yayaraq, vəziyyətin ciddiliyini diqqətə çatdırıb.

NOCOMMENT.az xəbər verir ki, Serbiya təhlükəsizlik qüvvələri magistral qaz boru kəmərinin yaxınlığında güclü partlayıcı maddələr və kəməri sıradan çıxarmaq üçün nəzərdə tutulan detonatorlar aşkar ediblər. Vuçiç bildirib ki, hərbi və polis bölmələri tərəfindən aparılan araşdırmaların ilkin nəticələri birbaşa Macarıstana gedən kritik enerji infrastrukturuna qarşı real təhlükənin olduğunu təsdiqləyib.

“Mən indicə Macarıstanın Baş naziri Viktor Orbanla telefon danışığını başa vurdum və ona Serbiya ilə Macarıstanı birləşdirən mühüm qaz infrastrukturuna qarşı yönəlmiş hədəflə bağlı hərbçilərimiz və polisimiz tərəfindən aparılan təhqiqatın ilkin nəticələri barədə məlumat verdim”, — deyə Serbiya lideri qeyd edib. Hazırda ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib və təxribatın arxasında duran qüvvələrin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Sara,
NOCOMMENT.az

Seçilən
35
nocomment.az

1Mənbələr