AZ

Deputat olub, adına küçə var: Həsən Məmmədovun dayısı kimdir? VİDEO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Tarixçi Namiq Həsənov Xalq artisti Həsən Məmmədovun dayısı haqda maraqlı məlumatlar paylaşıb.

Globalinfo.az həmin məlumatı təqdim edir.

Qüdrət Səmədov 1904-cü il aprelin 4-də Salyanın Sarvan kəndində doğulub. Sovet dövründə pambıqçılığın inkişafında böyük xidmətləri olub. O, İki əllə pambıq yığılmasının ilk təşəbbüsçülərindəndir.

1922-ci ildən 1946-cı ilədək SSRİ-nin 50 illiyi adına 1 nömrəli sovxozda, “Muğan” tikinti idarəsində fəhlə, Sarvan kəndindəki “Qırmızı Azərbaycan” kolxozunda kolxozçu, manqabaşçısı işləyib. 1946-cı ildən ömrünün sonuna qədər Nizami adına kolxozun sədri olub. 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb.

Azərbaycan SSR Ali Sovetinin (4–7-ci çağırış), SSRİ Ali Sovetinin (8-ci çağırış) deputatı olub, kolxozçuların 1, 2, 3-cü Ümumittifaq qurultaylarının nümayəndəsi seçilib. Azərbaycan KP 21, 22, 24–28-ci qurultaylarında AKP MK üzvü seçilib.

2 dəfə “Lenin” ordeni, “Oktyabr inqilabı” ordeni, “Qırmızı əmək bayrağı” ordeni və medallarla təltif edilib.

Qüdrət Səmədov 1972-ci il yanvarın 8-də Salyanda vəfat edib.

Anadan olmasının 100 illiyi yüksək səviyyədə qeyd edilib və bu münasibətlə sərbəst güləş üzrə respublika turniri keçirilib.

Salyan şəhərində adına küçə var.

Qudrət Səməd böyük sənətkar, Xalq artisti Həsən Məmmədovun dayısıdır…

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
globalinfo.az

1Mənbələr