AZ

"İkinci İraq istəmirik": Şok sorğu nəticələri Ağ Evi ayağa qaldırdı

ABŞ-da keçirilən ən son rəy sorğuları göstərir ki, Amerika xalqı İrana qarşı davam edən hərbi əməliyyatların genişləndirilməsinə və quru qoşunlarının göndərilməsinə kəskin şəkildə qarşıdır.

Musavat.com xəbər verir ki, "The Economist" və "YouGov" tərəfindən aprelin əvvəlində birgə keçirilən sorğunun nəticələrinə görə, respondentlərin yalnız 14%-i İrana piyada qoşunların yeridilməsini dəstəkləyir.

Sorğuda iştirak edən amerikalıların 59%-i ümumiyyətlə, bu müharibənin əleyhinə olduqlarını bildiriblər ki, bu da Donald Tramp administrasiyasının hərbi ritorikasının cəmiyyətdə ciddi dəstək qazanmadığını sübut edir. Xüsusilə aprelin 6-da bitəcək ultimatum və mümkün quru hücumu ərəfəsində xalqın 62%-nin əsgər göndərilməsini pisləməsi Ağ Ev üçün ciddi siqnal hesab olunur. Amerikalıları müharibənin strateji hədəflərindən daha çox artan benzin qiymətləri və rekord həddə çatan 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin iqtisadiyyata vurduğu ziyan narahat edir. Respondentlərin böyük əksəriyyəti — 67%-i yanacaq qiymətlərinin sabitliyini İrandakı rejim dəyişikliyindən daha mühüm hesab edir.

Bildirilir ki, bu sorğu nəticələri Trampı çətin seçim qarşısında qoyur: ya xalqın iradəsinə zidd olaraq "ikinci Vyetnam" riskinə girmək, ya da hərbi ambisiyaları iqtisadi sabitlik naminə cilovlamaq. Hazırda ABŞ-da "müharibə yorğunluğu"nun pik həddə çatması fonunda 82-ci Hava-Desant Diviziyasının bölgəyə göndərilməsi daxili siyasi gərginliyi daha da alovlandırır.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr