AZ

Əraqçi: Region ölkələri sülh naminə ABŞ ilə İsrailə yardım etməməlidir - YENİLƏNİB

İranın xarici işlər naziri Abbas Əraqçi ilə misirli həmkarı Bədr Abdel Ati şənbə gecəsi ABŞ və İsrailin İrana qarşı hərbi təcavüzü ilə bağlı proseslər və bunun regional, beynəlxalq nəticələri ətrafında fikir mübadiləsi aparıblar.

"Far.Az" xəbər verir ki, bu, A. Əraqçinin misirli həmkarı ilə telefon danışığı barədə öz "Telegram" kanalında bölüşdüyü məlumatda qeyd olunub.

"Bu telefon danışığında ABŞ ilə İsrailin İranın sənaye və istehsal infrastrukturuna, nüvə obyektlərinə, enerji və mülki hədəflərə hücumları barədə məlumat verilib", - Əraqçi qeyd edib və sülh üçün region ölkələrinin ABŞ ilə İsrailə yardım etməmək məsuliyyətini xatırladıb.

Misirin xarici işlər naziri müharibənin dayandırılmasına kömək etmək məqsədilə diplomatik imkanlardan istifadə etmək üçün səylərin davam etdirilməsinin vacibliyini qabardıb.

İranın xarici işlər naziri Abbas Əraqçi misirli həmkarı Bədr Abdel Ati ilə telefon danışığı aparıb.

"Far.Az" xəbər verir ki, A.Əraqçi bu barədə özünün "Telegram" kanalında yazıb.

Söhbət zamanı son regional və beynəlxalq hadisələr müzakirə olunub.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib. Bundan əlavə, İran qüvvələri Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Elə həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Seçilən
0
2
far.az

3Mənbələr