AZ

Beynəlxalq turnir: Azərbaycan gimnastı gümüş medal qazanıb

Bakı 5 aprel, AZƏRTAC

Bakıda bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, gənclər kateqoriyasında çıxış edən Azərbaycan təmsilçisi Azadə Atakişiyeva gümüş medal qazanıb. O, top proqramında ikinci olub.

Ötən gün Azərbaycan komandası böyüklər kateqoriyasında gümüş medala yiyələnib.

15 ölkədən gimnastların mübarizə apardığı turnirə bu gün yekun vurulacaq.

Müxbir - Cavid Əliyev
Foto - İlkin Cavanşirov
Seçilən
27
15
azertag.az

10Mənbələr