AZ

Həftədə 1 dəfə yemək bişirmək demans riskini azaldır Araşdırma

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Yeni araşdırmaya görə, həftədə yalnız bir dəfə evdə yemək bişirmək belə yaşlılarda demans riskini təxminən 30% azaldır. Daha əvvəl yemək bişirmə təcrübəsi olmayanlarda bu göstərici 70%-ə qədər yüksələ bilər.

Sherg.az xəbər verir ki, 65 yaş və üzəri 11.000-dən çox insanın altı il boyunca izlənildiyi tədqiqatda, daha çox yemək bişirənlərin neyrodegenerativ xəstəliklərə tutulma riski daha aşağı olduğu ortaya çıxıb. Xüsusilə qadınlar və təcrübəli aşpazlar bu faydadan daha çox yararlanır.

Yemək bişirmək həm fiziki aktivlik təmin edir, həm də beyini və duyğuları stimullaşdırır. Bu səbəbdən yaşlılar üçün evdə yemək bişirməyə imkan yaratmaq, demansın qarşısını almaqda effektiv üsullardan biri sayılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
sherg.az

1Mənbələr