AZ

Gigi Hadid ilk dəfə Epşteynlə münasibətləri barədə danışdı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Məşhur model Gigi Hadid ilk dəfə olaraq adının maliyyəçi Ceffri Epşteynin sənədlərində yer alması ilə bağlı açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

O, “İnstagram” sosial media hesabında izləyicilərindən birinə belə cavab verib:

“Heç vaxt tanımadığın birinin sənin haqqında belə danışdığını oxumaq dəhşətlidir. Xüsusilə də bu kontekstdə”.

Lakin model tezliklə şərhini silib.

Model daha sonra bildirib ki, əvvəlcə ictimaiyyəti maliyyəçinin “əsl qurbanların hekayələrindən” yayındırmamaq üçün məlumatla bağlı şərh vermək istəməyib, lakin bir fanatının şərhi səbəbindən bunu etmək məcburiyyətində qalıb.

Gigi qeyd edib ki, modellik karyerasının əvvəlində 10 agentliyin nümayəndəsi ilə görüşüb, lakin yalnız bir neçəsi, o cümlədən “IMG Models” şirkəti ona müqavilə təklif edib:

“2012-ci ildə IMG ilə müqavilə imzaladım. O vaxtdan bəri hər dəqiqə çox çalışıram. Adım elektron poçtlarda görünəndə təxminən 20 və ya 21 yaşım var idi. Mənim bu iyrənc insanla heç vaxt əlaqəm olmayıb”.

Xatırladaq ki, Bella və Gigi Hadid bacılarının da Ceffri Epşteyn qalmaqalında adı keçmişdi.

Günel Cəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
43
43
globalinfo.az

10Mənbələr