AZ

Tramp 48 saat vaxtınız var dedi İrandan dərhal cavab gəldi

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp İrana 48 saat vaxt verib.

Globalinfo.az xəbər verir ki, o, həmçinin “Truth Social” hesabında Tehrana yeni zərbələrin videosunu paylaşıb və İran liderlərinin öldürüldüyünü elan edib.

“Tehranda baş verən bu genişmiqyaslı hücum nəticəsində ölkəni pis idarə edən bir çox İran hərbi lideri məhv edildi!”, – deyə Ağ Ev rəhbəri yazıb.

İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının komandanı Xatəm əl-Ənbiya Əli Əbdüllahi bildirib ki, İran infrastrukturuna yeni zərbələr endiriləcəyi təqdirdə ABŞ və İsrail üçün cəhənnəm qapıları açılacaq:

“Xalqımızın və milli sərvətlərimizin hüquqlarını müdafiə etmək üçün silahlı qüvvələrimizi yerləşdirməkdən bir saniyə belə çəkinməyəcəyik. İstənilən təcavüzkarı öz yerində otuzduracağıq”.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İrana xəbərdarlıq edərək, “Əgər rəsmi Tehran razılığa gəlməsə və ya Hörmüz boğazını açmasa, 48 saatdan sonra ölkəni “həqiqi cəhənnəm” gözləyir”, – deyə bildirmişdi.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
globalinfo.az

1Mənbələr