AZ

Şəmkirdə QƏTL: 16 yaşlı şübhəli saxlanıldı

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Şəmkirdə qətl hadisəsi baş verib.

Oxu.Az APA-ya istinadən bildirir ki, rayon sakini 2007-ci il təvəllüdlü Ramal Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb.

İlkin məlumata görə, R.Quliyevi Kür qəsəbəsi sakini 2010-cu il təvəllüdlü F.Paşazadə aralarında baş verən mübahisə zamanı bıçaqlayaq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F.Paşazadə saxlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
2
oxu.az

4Mənbələr