Roberto Mançini yenidən İtaliya komandasına rəhbərlik etməyə hazırdır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda çalışdığı “Əl-Sədd” ona illik 25 milyon funt sterlinq məvacib təklif edib.
Məlumata görə, müqavilənin pozulması hər hansı problem yaratmayacaq.
İtaliya yığmasının baş məşqçi postuna digər namizədlər arasında Massimiliano Alleqri və Antonio Konte də var.
Mançini 2018 - 2023-cü illərdə İtaliya millisinin baş məşqçisi olub.