AZ

ABŞ xüsusi təyinatlıları ikinci pilotu da İrandan salamat çıxardıb

Axtarış əməliyyatı zamanı Amerika xüsusi təyinatlı qüvvələri İran ərazisi üzərində vurulan F-15 qırıcı təyyarəsinin ikinci heyət üzvünü xilas edib.

Musavat.com xəbər verir ki, məlumatı Axios öz mənbələrinə istinadən yayıb.

Portalın məlumatına görə, xüsusi təyinatlı qüvvələr bölməsinə Amerika hava qüvvələri dəstək verib. Bildirilir ki, artıq bütün ABŞ qüvvələri düşmən ərazisindən geri çəkilib.

Qeyd edək ki, müşahidəçilər vurulan təyyarənin pilotlarının İran tərəfindən tapılması halında Donald Trampın daha kəskin addımlar ata bilməyəcəyini proqnozlaşdırmışdılar. Onun ötən gün İrana 48 saat müddət qoyduğuna dair paylaşımı ABŞ pilotlarının İran ərazisindən çıxarılmasından sonra atılan addım hesab olunur. 

Musavat.com

Seçilən
12
13
musavat.com

10Mənbələr