"Nyukasl Yunayted" müdafiəçisi Kiran Trippyerlə yollarını ayırmağı qərara alıb.
Fanat.Az xəbər verir ki, İngiltərə Premyer Liqa təmsilçisi qərarını rəsmi saytı üzərindən elan edib.
35 yaşlı oyunçu müqaviləsinin müddəti bitdiyinə görə 2025/26 mövsümünün sonunda klubdan ayrılacaq.
Trippyer 2022-ci ilin əvvəlində "Atletiko Madrid"dən "Nyukasl"a keçib. O vaxtdan bəri müdafiəçi 157 rəsmi oyunda iştirak edib, 4 qol vurub və 29 məhsuldar ötürmə edib.
"Transfermarkt" onu 2,5 milyon avro dəyərində qiymətləndirir.
"Nyukasl" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 12-ci yerdədir. Eddi Hounun komandası növbəti oyununu 12 apreldə "Kristal Palas"a qarşı keçirəcək.