AZ

"Bavariya" qalib gəldi

Ajans.az xəbər verir ki, matç ev sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. "Frayburq" 81-ci dəqiqəyə qədər 2-0 hesabı ilə öndə idi, lakin qonaqlar son dəqiqələrdə üç qol vurmağı bacarıblar. Alman yarımmüdafiəçi Tom Bişoff iki qola imza atıb. "Bavariya"nın qələbə qolunu əlavə vaxtın 9-cu dəqiqəsində alman yarımmüdafiəçi Lennart Karl vurub.

Turnir cədvəlinə 73 xalla "Bavariya" başçılıq edir. "Frayburq" isə 37 xalla 8-ci yerdədir.

Seçilən
23
Ajans.az

1Mənbələr