AZ

Tramp İranda vurulan hərbi təyyarənin ikinci ekipaj üzvünün xilas edildiyini təsdiqləyib

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp İranda vurulan F-15E qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.

APA xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.

“Biz onu xilas etdik! ABŞ Silahlı Qüvvələri son saatlarda tariximizin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirdi. Mən böyük məmnuniyyətlə bildirirəm ki, o sağdır”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, pilot yaralansa da, onun vəziyyəti stabildir və tezliklə sağalacağı gözlənilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
50
bizimyol.info

10Mənbələr