AZ

Çin şirkətləri ABŞ ordusu barədə "kəşfiyyat məlumatları" satmağa başlayıblar

Çin şirkətləri Yaxın Şərqdəki münaqişə fonunda ABŞ ordusunun silahları və hərəkətləri barədə məlumatların satışını təklif etməyə başlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə "The Washington Post" məlumat yayıb.

Qeyd olunur ki, Çin biznes qurumları açıq mənbələrdən əldə etdikləri məlumatları süni intellekt vasitəsilə emal edərək ABŞ hərbi bazalarındakı texnika, aviadaşıyıcı qrupların hərəkəti və hərbi təyyarələrin zərbələrə hazırlığı barədə detallı məlumatlar təqdim edir.

Çin ordusu ilə əlaqəli olan bəzi şirkətlər süni intellektlə açıq məlumatları birləşdirərək ABŞ qoşunlarının hərəkətini izləməyə imkan verən analizlər hazırlayırlar.

Məsələn, "MizarVision" şirkəti Yaxın Şərqdə ABŞ bazalarındakı aktivliyi, donanmanın hərəkətini və hava hücumundan müdafiə sistemlərinin yerləşməsini izləyir. "Jing'an Technology" isə "B-2A" bombardmançısının pilotlarının rabitəsinə aid olduğu iddia edilən yazını yayımlayıb, lakin sonradan onu silib.

O da bildirilir ki, Çin rəsmi olaraq münaqişədə iştirak etməsə də, ölkə İran neftinin əsas alıcılarından biridir və Hörmüz boğazındakı vəziyyət tədarükə təsir göstərir.

Seçilən
29
44
moderator.az

10Mənbələr