AZ

Media: ABŞ İranda vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü də xilas edib

Bakı, 5 aprel, AZƏRTAC

ABŞ-nin xüsusi təyinatlı qüvvələri İran ərazisi üzərində vurulan F-15 qırıcı təyyarəsinin ikinci ekipaj üzvünü də xilas edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Axios” informasiya agentliyi məlumat yayıb.

Bildirilib ki, xüsusi təyinatlı qüvvələrə ABŞ aviasiyası dəstək verib. Əməliyyat tamamlandıqdan sonra onlar İran ərazisini tərk ediblər.

Qeyd edək ki, F-15 qırıcı təyyarəsinin digər ekipaj üzvü aprelin 3-də xilas edilib.

Seçilən
19
43
azertag.az

10Mənbələr