BAKI, 5 aprel. TELEQRAF
ABŞ xüsusi təyinatlı qüvvələri İran üzərində vurulan F-15 qırıcısının ikinci ekipaj üzvünü xilas edib.
Teleqraf xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatı zamanı xüsusi təyinatlı dəstə ABŞ hərbi aviasiyasının dəstəyi ilə fəaliyyət göstərib.
Portalın bildirdiyinə görə, əməliyyat başa çatdıqdan sonra ABŞ qüvvələri İran ərazisindən çıxarılıb.