AZ

Rusiya-Ukrayna müharibəsi: Qarşılıqlı hücumlar... - YENƏ ÖLƏNLƏR VƏYARALANANLAR VAR

Rusiya Silahlı Qüvvələri Ukraynanın Sumı, Xerson, Xarkov və Dnepropetrovsk vilayətlərinə hücum edib, nəticədə 5 nəfər ölüb, 50 nəfər yaralanıb.

 

Senzor.az-ın Ukrayna mediasına istinadən məlumatına görə, Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, ötən sutka ərzində Rusiya qoşunları müxtəlif tipli pilotsuz uçuş aparatlarından və idarə olunan aviabombalardan istifadə etməklə Xarkova və vilayətin 11 yaşayış məntəqəsinə zərbələr endirib.

 

Hücumlar nəticəsində 4 nəfər ölüb, aralarında bir uşaq olmaqla daha 11 nəfər yaralanıb.

 

Sumı şəhərində dronlarla 16 mərtəbəli yaşayış binası vurulub. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, binada baş verən yanğın operativ şəkildə söndürülüb, sakinlər təxliyə edilib. İlkin məlumata görə, aralarında 15 yaşlı yeniyetmənin də olduğu 11 nəfərin xəsarət aldığı məlumdur.

 

Xerson vilayətində vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin tərəfindən verilən məlumata görə, son sutka ərzində atəşmə nəticəsində bir nəfər həlak olub, daha 25 nəfər yaralanıb.

 

Öz növbəsində, Dnepropetrovsk vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Qanji bildirib ki, Rusiya qüvvələri pilotsuz uçuş aparatları, artilleriya və aviabombalardan istifadə edərək iki rayona 20-dən çox hücum həyata keçirib.

 

"Üç nəfər yaralanıb, onların arasında iki uşaq var", - o, Teleqram kanalında yazıb.

 

Bundan əlavə, Kiyev şəhərində Rusiyaya məxsus PUA-nın qəzaya uğradığı da qeyd olunub...

 

Ukrayna ordusu isə aprelin 4-nə keçən gecə Rusiyanın Tolyatti şəhərində yerləşən iki kimya zavoduna pilotsuz uçuş aparatları ilə zərbə endirib. Nəticədə müəssisələrdə yanğın başlayıb. 

RBK-Ukraynanın məlumatına görə, Tolyatti şəhərində hava həyəcanı fonunda partlayışların baş verdiyi bildirilir.

 

Qeyd olunub ki, Ukrayna dronları Tolyattikauçuk və KuybyshevAzot zavodlarını hədəfə alıb.

 

Hücumu təsdiqləyən Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev zərbə nəticəsində bir nəfərin yaralandığını, həmçinin PUA-nın çoxmənzilli yaşayış binasına da zərbə endirdiyini bildirib.

Seçilən
28
3
senzor.az

10Mənbələr