AZ

Xəzərlə bağlı alimlərdən VACİB AÇIQLAMA

Xəzər dənizi yaxın gələcəkdə yox olmayacaq, onun səviyyəsi 20 illik enişdən sonra tarazlıq vəziyyətinə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun laboratoriya müdiri, texnika elmləri doktoru Mixail Bolqov məlumat verib.

"RİA Novosti"nin yaydığı məlumata görə, alim yaxın illərdə dənizin səviyyəsində müəyyən stabilləşmə gözlənildiyini vurğulayıb.

M.Bolqov qeyd edib ki, suyun səviyyəsi təxminən 20 il ərzində davamlı olaraq düşdükdən sonra artıq müəyyən tarazlıq nöqtəsinə gəlib:

"Səviyyə təxminən 20 ildir ki, aşağı düşür və müəyyən bir tarazlığa çatdığı üçün qarşıdakı illərdə müəyyən sabitləşmə gözləyirik. Bu tarazlıq ətrafında kifayət qədər geniş diapazonda dəyişə bilər, amma əlbəttə ki, 30 metr aşağı düşməyəcək. Xəzər dənizi yaxın gələcəkdə sabit qalacaq".

Xatırladaq ki, Xəzər dənizinin səviyyəsinin enməsi 1990-cı illərin ortalarından etibarən qeydə alınır. 2025-ci ildə isə suyun səviyyəsi mənfi 29 metr göstəricisindən aşağı düşərək tarixi minimuma çatıb.

Seçilən
27
7
olke.az

10Mənbələr