Futbol üzrə İngiltərə Kubokunda daha iki yarımfinalçı məlum olub.
Publika.az xəbər verir ki, "Çelsi" və “Sauthempton” adını növbəti mərhələyə yazdırıb.
“Çelsi” 1/4 finalda “Port Veyl” komandasını 7:0 hesabı ilə darmadağın edib. Çempionşip təmsilçisi “Sauthempton” isə Premyer Liqanın lideri “Arsenal”a 2:1 hesabı ilə qalib gələrək sensasiyaya imza atıb.