AZ

Ayın görünməyən tərəfi

"Artemis II" missiyasının "Orion" kosmik gəmisinin heyət üzvləri BBC-yə verdikləri müsahibədə Ayın görünməyən tərəfini ilk dəfə gördüklərindən danışıblar.

Publika.az xəbər verir ki, NASA astronavtları Rid Uayzman, Viktor Qlover və Kristina Kox, həmçinin Kanada Kosmik Agentliyinin astronavtı Ceremi Hansen Yer kürəsinin peyki ətrafında dövrə vuracaq missiyalarının üçüncü gününə qədəm qoyublar.

"Dünən gecə biz Ayın arxa tərəfini ilk dəfə gördük və bu, sadəcə möhtəşəm idi. Düşünürəm ki, Ayın fərqli görünən maraqlı xüsusiyyətlərindən biri onun qaranlıq sahələridir (...) Bu, əvvəllər heç vaxt görmədiyimiz bir şeydir", — deyə Kristina Kox qeyd edib.

Aprelin 2-nə keçən gecə Florida ştatındakı Con Kennedi adına Kosmik Mərkəzin 39A meydançasından "Orion" kosmik gəmisi ilə birlikdə birdəfəlik istifadə üçün nəzərdə tutulan "Space Launch System" (SLS) ifrat ağır raketi start götürüb. "Artemis II" çərçivəsində içərisində insanların olduğu gəmi son 50 ildən artıq müddətdə ilk dəfə Yerətrafı orbiti tərk edəcək və Ayın yaxınlığından uçub keçəcək.

Seçilən
5
14
publika.az

10Mənbələr