AZ

Qərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 kənd necə məhv edildi? VİDEO

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında veriliş hazırlanıb.

Verilişdə tarixçi İlqar Niftəliyev İrəvan quberniyasında azərbaycanlılar yaşayan kəndlərin dağıdılması, Ermənistan hökumətinin inkar etdiyi faktlar və tarixi sənədlərin sübuta yetirdiyi həqiqətlərdən danışıb.

Qərbi Azərbaycan Xronikası: İrəvan quberniyasında 199 kənd necə məhv edildi? - VİDEO

Onun sözlərinə görə, ermənilərin 1917-1918-ci illərdə İrəvan quberniyasında törətdiyi kütləvi zorakılıq və qırğınlar danılmaz faktlardır: "İrəvan quberniyasında 199 azərbaycanlı kəndi yerlə-yeksan edilib. O zaman İrəvan faciəsini Fövqəladə İstintaq Komissiyası üzə çıxara bilmədi. Çünki komissiya İrəvana buraxılmadı. Bununla da Ermənistan ərazisində azərbaycanlıların taleyi araşdırılmadı. İrəvan quberniyasında sistemli etnik təmizləmə tarixi sənədlərlə sübuta yetirilib. Sovet vaxtı daşnak hökumətinin 250 müsəlman kəndini dağıtması faktı təsdiqlənib. Ermənistanda 30 aylıq daşnak hakimiyyəti dövründə azərbaycanlıların sayı 77 faiz azalıb".

Tarixçi deyib ki, Cümhuriyyət dövrünün sənədləri İrəvan faciəsini açıq ortaya qoyur: "1919-cu ilin sənədləri bugünkü mübahisələrə cavab verir. Ermənistan hökumətinin inkar etdiyi, ancaq sənədlərin sübut etdiyi həqiqətlər üzə çıxır. Bir sözlə, Ermənistanda azərbaycanlılara qarşı sistemli sıxışdırma siyasəti aparılıb".

İ.Niftəliyev İrəvandakı soyqırımın qarşısının alınmamasının səbəbləri, 70 min azərbaycanlının yoxa çıxması və s. məsələlərə də aydınlıq gətirib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
10
oxu.az

10Mənbələr