AZ

“Nyukasl” Kiran Trippyerlə yollarını ayırır

İngiltərənin “Nyukasl” klubu müdafiəçi Kiran Trippyer ilə yollarını ayıracaq.

90deqiqe.Az xəbər verir ki,  2025/2026 mövsümünün sonunda futbolçu müqavilə müddətinin başa çatması ilə əlaqədar klubdan ayrılacaq.

Trippyer 2022-ci ilin əvvəlində İspaniyanın “Atletiko” klubundan “Nyukasl”a transfer olunmuşdu.

Müdafiəçi bu müddət ərzində komandanın heyətində 157 rəsmi oyuna çıxıb, 4 qol vurub və 29 məhsuldar ötürmə edib. Kiran Trippyerin 35 yaşı var. "Transfermarkt" portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.

Hazırda “Nyukasl” İngiltərə çempionatının turnir cədvəlində 12-ci pillədə qərarlaşıb. Eddi Haunun komandası növbəti oyununu aprelin 12-də “Kristal Pelas”a qarşı keçirəcək.

Seçilən
30
25
90deqiqe.az

10Mənbələr