AZ

İsraildə İrandakı hərbi əməliyyatlara etiraz - Polis aksiyanı dağıtdı - VİDEO

İsraildə bir qrup müharibə əleyhdarı İrandakı hərbi əməliyyatlara etiraz olaraq Təl-Əvivin mərkəzində mitinq keçirib.

"Ölkə.az" xəbər verir ki, İsrail polisi müharibə qaydalarının pozulmasını əsas gətirərək izdihamı dağıdıb.

İsrail Polisinin məlumatına görə, mitinq şəhər mərkəzindəki HaBima meydanında keçirilib. Polis əməkdaşları etirazçıların hərəkətlərinin qaydaları pozduğunu bildiriblər. Mövcud qaydalara görə, raket hücumları təhlükəsi səbəbindən ölkədə 50 nəfərdən çox insanın toplaşması qadağandır.

“The Times of Israel” qəzetinin məlumatına görə, etirazçılar 600 nəfərə qədər şəxsin etiraz aksiyasına icazə verən İsrail Ali Məhkəməsinin qərarına istinad edirlər.

Polisin məlumatına görə, Təl-Əvivdəki toplantı bu limiti keçib, buna görə də etirazçılardan dağılışmağı tələb ediblər. Bəziləri buna əməl etməyib və toqquşmalar baş verib. Polis bildirib ki, asayişi pozduğuna görə ümumilikdə 10 nəfər həbs olunub. 

Elvin

Ölkə.az

Seçilən
10
29
olke.az

10Mənbələr