AZ

İranın ABŞ səfirliyinə hücumu: gizlədilən dağıntıların miqyası ortaya çıxdı

Yayılan son məlumatlara görə, ötən ay İranın pilotsuz uçuş aparatları ilə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən ABŞ səfirliyinə endirdiyi zərbənin miqyası əvvəl açıqlanandan xeyli böyük olub.

Musavat.com xəbər verir ki, The New York Times nəşrinin yazdığına görə, hücum nəticəsində dron səfirliyin qorunan hissəsinə daxil olaraq üç mərtəbəyə ciddi ziyan vurub.

Zərbə həmçinin Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rezidenturasına da təsir edib və nəticədə yarım gün davam edən güclü yanğın baş verib.

Bu barədə nəşrə hazırkı və sabiq amerikalı rəsmilər məlumat verib.

Hadisənin martın 3-də baş verdiyi bildirilir. İranın pilotsuz aparatı Ər-Riyaddakı qapalı diplomatik zonanı qoruyan hava hücumundan müdafiə sistemlərini aşaraq birbaşa ABŞ kompleksinə çırpılıb. Cəmi bir dəqiqə sonra ikinci dron birincinin yaratdığı dəlikdən daxil olaraq partlayıb və dağıntıları daha da artırıb.

Məlumata görə, həmin gecə daha bir neçə pilotsuz aparat zərərsizləşdirilib. Onlardan birinin Səudiyyə Ərəbistanındakı ən yüksək rütbəli amerikalı diplomatın iqamətgahını hədəf aldığı ehtimal edilir. Bu obyekt səfirlikdən cəmi bir neçə yüz metr məsafədə yerləşir.

Musavat.com

Seçilən
24
33
musavat.com

10Mənbələr