AZ

Almaniyada hərbi yaşda olan kişilər üçün ölkədən çıxışa ordu icazəsi şərti qoyulub

Almaniyada hərbi yaşda olan kişilər üçün ölkədən çıxışa ordu icazəsi şərti qoyulub

Almaniyada 17-45 yaş arasındakı kişilərin üç aydan çox müddətə xaricə səfər etmələri üçün Alman ordusundan (Bundesver) icazə almaları məcburi hala gətirilib.

AFN.az xəbər verir ki, yanvarın 1-dən qüvvəyə minən "Hərbi Xidmətin Modernləşdirilməsi Haqqında" Qanun ölkədə geniş müzakirələrə səbəb olub.

"Frankfurter Rundschau" qəzetinin məlumatına görə, qanunun 3-cü maddəsində qeyd olunur ki, 17 yaşını tamamlamış kişilər Almaniyanı üç aydan çox müddətə tərk etmək istədikdə ordunun müvafiq karyera mərkəzlərindən icazə almalıdırlar. Bu qayda həm təhsil, həm iş, həm də uzunmüddətli səyahət məqsədilə ölkədən çıxanlara şamil edilir.

Qanunla bağlı mühüm məqamlar:

İcazənin verilməsi: Əgər şəxs həmin vaxt hərbi xidmətə çağırılmırsa, bu icazə mütləq verilməlidir; müraciətin rədd edilməsi nəzərdə tutulmur.

Məqsəd: Almaniya Müdafiə Nazirliyi fövqəladə hallar zamanı kimin uzun müddət ölkə xaricində olduğunu dəqiq bilmək istəyir.

Səbəb: Almaniya 2035-ci ilə qədər hərbçi sayını 460 minə çatdırmağı hədəfləyir.

Zəruri hərbi xidmət ehtimalı: Hazırda xidmət könüllüdür, lakin ehtiyac yaranarsa, məcburi hərbi xidmət tətbiq oluna bilər.

Nazirlik hazırda bürokratik maneələri azaltmaq üçün bəzi istisnalar üzərində işləyir. Lakin icazəsiz ölkəni tərk edənləri hansı sanksiyaların gözlədiyi barədə suallar hələlik cavabsız qalıb.

Seçilən
20
3
afn.az

10Mənbələr