AZ

Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama

Gəncədə 13 yaşlı qız uşaq evinə verilməsi üçün Gəncə Birləşmiş Uşaq Xəstəxanasına aparılıb.

"Unikal" xəbər verir ki, nənəsi 2013-cü il təvəllüdlü F.Səfərovanın uşaq evinə verilməsini istəyir.

Qızdan öncə atası, bir müddət sonra isə anası imtina edib. O, körpə yaşlarından nənəsinin himayəsi altında yaşayıb.

Uşaqla bağlı  Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bildirib ki,  məsələ aidiyyəti dövlət qurumlarının nəzarətindədir və vəziyyət diqqətlə araşdırılır: "Hazırda azyaşlı Gəncə Birləşmiş Uşaq Xəstəxanasında tibbi müayinədən keçirilir. Onun sağlamlıq və psixoloji vəziyyəti qiymətləndirildikdən sonra, qanunvericiliyin tələblərinə uyğun şəkildə dövlət uşaq müəssisəsinə yerləşdirilməsi təmin olunacaq.

Qeyd edək ki, əsas məqsəd uşağın təhlükəsizliyinin, sağlam inkişafının və sosial rifahının qorunmasıdır. Müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir və proses nəzarətdə saxlanılır".

Seçilən
28
50
unikal.az

10Mənbələr