AZ

Türkiyə Superliqası: Qalatasaray Trabzon səfərində büdrədi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyə Superliqasının 28-ci turunda çempionluq uğrunda mübarizə aparan komandaların görüşü baş tutub.

Oxu.Az xəbər verir ki, lider "Qalatasaray" ikinci sıradakı "Trabzonspor"un qonağı olub.

Qarşılaşma trabzonluların qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 4-cü dəqiqədə ev sahiblərindən Onuaçu açıb. 48-ci dəqiqədə Sinqo hesabı bərabərləşdirsə də, 62-ci dəqiqədə Nvaivu "Trabzonspor"un qələbəsini rəsmiləşdirib.

Bu nəticədən sonra ehtiyatda bir oyunu olan "Qalatasaray" 27 oyundan sonra 64 xalla liderliyini davam etdirir. "Trabzonspor" 28 oyundan 63 xal yığaraq ikinci yerdə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
15
oxu.az

10Mənbələr