AZ

PFL artıq “Turan Tovuz”a güvənmir?

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Artıq xəbər verdiyimiz kimi, yenilənmə işlərindən sonra Tovuz şəhər stadionunun çempionat oyunlarını qəbul etməyə hazır olub-olmadığını müəyyənləşdirmək üçün PFL-dən gedəcək təftiş qrupunun da iştirakı ilə yoxlama oyunu keçiriləcək. Meydana “Turan Tovuz”un U-16 və U-17 komandaları çıxacaq. Yalnız həmin oyundan sonra stadionla bağlı yekun qərar veriləcək.Belə çıxır ki, artıq PFL də “Turan Tovuz”a güvənmir, buna görə test oyunu keçirir. Axı noyabrda, yəni Tovuz klubu “Azərsun Arena”dan dogma məkana qayıdanda heç bir test oyunu-filan olmamışdı. Amma “Şamaxı” ilə oyunun start fitindən iki-üç dəqiqə sonra ot örtüyünün yararsız olduğu göründü.Xatırladaq ki, “Turan Tovuz”un U-16 və U-17 komandaları arasındakı oyun aprelin 6-sı, saat 14.00-da start götürəcək.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
21
6
icma.az

9Mənbələr