Qol.az saytına istinadən ain.az xəbər verir.
Neymarı 12 matçlıq diskvalifikasiya gözləyir
"Santos"un hücumçusu Neymar Seriya A matçından sonra hakimliklə bağlı işlətdiyi qalmaqallı ifadələrə görə cəzalandırıla bilər.
QOL.az xəbər verir ki, "TalkSPORT" nəşrinin yaydığı məlumata görə, 34 yaşlı futbolçu "Remo Belem" üzərində 2:0 hesablı qələbədən sonra baş hakimin ünvanına qeyri-etik fikirlər səsləndirib. Braziliyalı ulduz referinin idarəçiliyindən narazı qalaraq onun oyunun ulduzu olmağa çalışdığını və davranışlarının düzgün olmadığını bildirib.
Təcrübəli hücumçunun bu çıxışına görə 12 matçlıq diskvalifikasiya edilə biləcəyi gözlənilir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.