AZ

Avtobus qəzasında 3 nəfər öldü, onlarla şəxs xəsarət aldı

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Venesuelanın Ansoateqi ştatında avtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, daha 39 nəfər yaralanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Luis Markano məlumat verib.

Onun sözlərinə görə, avtobus magistral yolda aşıb, qəzanın səbəbləri araşdırılır. İlkin məlumata görə, nəqliyyat vasitəsi mexaniki nasazlıq səbəbindən aşmış ola bilər.

Region rəhbəri həlak olanların ailələrinə başsağlığı verib./report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
64
avtosfer.az

1Mənbələr