AZ

“Hüseyn narkotik aludəçisi olandan sonra yalanlar danışdı” – VİDEO

Bir vaxtlar aparıcılıq edən İdris Cəfərov mərhum reper Hüseyn Dəryadan danışıb. 

NOCOMMENT.az xəbər verir ki, “Həftənin qonağı”nda yer alan aparıcı Hüseyn Dəryanın narkotikə qurşandığı vaxtlardan söz açıb.

O bildirib ki, münasibətlərinin korlanmasına səbəb narkotik olub:

“Birlikdə işlədik və çox pul gəldi. Başımız gicəlləndi. Gözəl xanımlar, klublar, şəhərin mərkəzində ev… Mən narkotik aludəçisi olmadım. Amma Hüseynin elə dostları var idi, onu günahkar çıxarırdılar ki, bizi saymırsan. Münasibətimizdə yalanlar başladı. Pul ehtiyacı artdıqca, aldatdı məni. Qiymət və dostları artdı. Mən də onu bu yola görə qınayırdım. Başlayırdı deməyə ki, bu gün iş yoxdur. Pulu götürür və mənsiz gedirdi. Hamı da məni tanıyırdı, restoran müdirləri mənimlə işləyirdi. Zəng etdim ki, iki gündür iş yoxdur, nə məsələdir? Qayıtdılar ki, iş var, siz yox idiniz. Cavab verdim ki, Hüseyn deyir, yoxdur. Onlar da dedilər ki, elə deyirsə, gəlməsin.

Televiziyalarda da “qara siyahı”ya saldırdım. Aramızda gərginlik başladı, danışmadıq. Uçqun dövrü başladı. Səhvimi də deyirəm. Hüseyn mənə ən çox pul qazandıran oldu. Hüseyn hamının qəlbinə girə bilirdi. Eyni vaxtda 6 qız elə bilirdi ki, Hüseyn onu sevir”. (Axşam.az)

Seçilən
35
nocomment.az

1Mənbələr